SƏNAYE

30 Yanvar

Ötən il 147,5 milyon dollarlıq polietilen ixraca göndərilib

Ötən il Azərbaycandan 120,2 min ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri 147,5 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə 175,4 milyon dollarlıq 139,3 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub