SƏNAYE

25 Yanvar

SOCAR ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf yanvarın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru Rana Karadşeh ilə görüşüb.

Fins.Az-ın məlumatına görə, SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ötən illər ərzində IFC ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə edilib, müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində həyata keçirilən birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı, həmçinin SOCAR ilə IFC arasında enerji keçidi, karbon emissiyasının azaldılması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.