SƏNAYE

25 Yanvar

Azərbaycan neft ixracından 19,4 milyard dollar qazanıb

Azərbaycan 2022-ci ildə 19,4 milyard ABŞ dolları dəyərində 26 milyon ton neft ixrac edib.

Fins.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın neft ixracından gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 47,4% artıb, həcmi isə 4,03% azalıb.

Əlavə edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 51,08% təşkil edib.