Ötən ildə tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 85,7 milyon manat olmaqla, 2021-ci illə müqayisədə 12,6 faiz artım olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin dövr ərzində ötən illə müqayisədə tikinti əhənginin istehsalı 29,4 faiz, tikinti gipsinin istehsalı 15,4 faiz, asfaltın istehsalı 4,6 faiz, sementin istehsalı isə 3,5 faiz artıb.