SƏNAYE

23 Yanvar

Azərbaycanda kompüter istehsalı artıb

Azərbaycanda ötən il kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 237,1 milyon manatlıq məhsul istehsal olunub.

Fins.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə elektrik avadanlıqlarının istehsalı 25,6%, kompüter, elektron və optik məhsulların istehsalı isə 5,7% artıb.