SƏNAYE

23 Yanvar

Ötən il Azərbaycanda 1,4 milyard manatlıq metal məmulatları istehsal olunub

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində ötən il 1 milyard 439,3 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Fins.Az-a bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 17,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 15,6 faiz artım müşahidə edilib.

2022-ci ildə polad boruların istehsalı 2 dəfə, polad tökmə istehsalı 26,9 faiz, armaturun istehsalı isə 23,4 faiz artıb.