SƏNAYE

23 Yanvar

Azərbaycanda dərman istehsalı azaldı

Azərbaycanda ötən il kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2329,1 milyon manatlıq məhsul istehsal edilib.

Fins.az bu barədə Dövlət Statistika Komistəsinin hesabatına istinadən xəbər verir.

Hesabat dövründə rezin və plastik kütlə məmulatlarının istehsalında 7,3%, kimya sənayesi məhsullarının istehsalında 4,9% artım, əczaçılıq məhsullarının istehsalında isə 5,2% azalma müşahidə olunubdur.