SƏNAYE

21 Yanvar

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

2022-ci ildə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 237,1 milyon manatlıq məhsul istehsal olunub.

Fins.Az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2021-ci illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 25,6 faiz artıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə çox olub, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 35,2 faiz azalıb.