SƏNAYE

21 Yanvar

İnformasiya və rabitə müəssisələri 2,7 milyard manatlıq xidmət göstərib

Ötən il ərzində informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 742,8 milyon manatlıq xidmət göstərilib.

Fins.Az Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14,8 faiz çox olub.

Xidmətlərdən əldə edilən gəlirin 38 faizi və ya 1042,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.