2022-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 768,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Fins.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci illə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 7,9 faiz artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,3 faiz gəlir əldə edilib.