SƏNAYE

19 Yanvar

Azərbaycan maye qazın ixracını 68%-dək azaldıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 21 291 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67,7% azdır.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 674,9 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 73,1% azdır.Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.