SƏNAYE

19 Yanvar

Dekabrda ölkədə hasil olunan gündəlik xam neftin həcmi açıqlanıb

2022-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 668 min barel olub.

Fins.Az-ın məlumatına görə, Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 548 min barelini xam neft, 120 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 34-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.