SƏNAYE

18 Yanvar

AZAL IOSA auditindən uğurla keçib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditindən (IOSA) uğurla keçib.

Fins.Az xəbər verir ki, AZAL-ın verdiyi məlumata görə, IOSA auditi aviaşirkətin uçuş təhlükəsizliyinə təsir edən əsas fəaliyyət sahələrini, o cümlədən hava gəmilərinin təmiri və texniki xidmət, uçuşların yerinə yetirilməsi, əməliyyatlara nəzarət və uçuşların planlaşdırılması, hava gəmilərinə yerüstü xidmət, yük daşımaları, aviasiya təhlükəsizliyi, təşkilat və idarəetmə sistemlərini əhatə edir. IOSA auditinin uğurla tamamlanması hava nəqliyyatı sənayesində aviadaşıyıcının etibarlılığının və yüksək təhlükəsizliyinin sübutu kimi qəbul edilir. IOSA beynəlxalq səviyyədə tanınmış audit prinsiplərinə əsaslanır. Proqrama əsasən auditlər standart və davamlı şəkildə həyata keçirilir. IATA təşkilatı aviaşirkəti təxminən 1000 IOSA təhlükəsizlik və keyfiyyət standartlarına əsasən iki ildə bir dəfə yoxlayır. Auditlər IATA-nın xüsusi akkreditasiya prosesindən keçmiş təşkilatlar tərəfindən aparılır. Həmçinin eyni audit təşkilatının ardıcıl olaraq aviaşirkətin yoxlanmasının həyata keçirməsinin qarşısı alınır.

©AZƏRTAC