Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artıma doğru cüzi korrektə edib.
Fins.Az OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 60 min barel artım deməkdir və öncəki proqnoz göstəricisindən 1000 barel çoxdur.
Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 34 min barel azdır. Öncəki ehtimal olunan göstərici ilə müqayisədə artım tempi üzrə proqnoz 7 min barel azaldılıb.
Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.
©APA