SƏNAYE

13 Yanvar

Azərbaycan gələn il 24 mlrd. kubmetrə yaxın qaz ixrac edəcək - PROQNOZ

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycandan 2032-ci ilə kimi təbii qaz ixracı üzrə proqnozunu açıqlayıb.

Fins.Az-ın məlumatına görə, APA Agentliyə istinadən xəbər verir ki, 2022-2031-ci illər arasında Azərbaycanda qaz ixracı dalğavari dəyişəcək. Belə ki, 2022-2023-cü illər arasında olan intervalında qaz ixracı artacaq, 2025-cı ildən isə azalmağa başlayacaq, lakin 2030 ildən yenidən artıma doğru yönələcək.

Belə ki, proqnoza əsasən, 2020-2031-ci illər arasında olan intervalı götürdükdə qaz ixracı üzrə ən yüksək göstərici – 23,9 mlrd. kubmetr, 2023-2024-cü illərdə qeydə alınacaq, ən aşağı göstərici isə - 13,8 mlrd. kubmetr, 2020-ci ilə payına düşür.

Azərbaycandan təbii qazın ixracı üzrə 2020-2031-ci illəri əhatə edən göstəricilər:

Azərbaycandan qaz ixracı – 2020-2025-ci illər

İndikatorlar

2020

2021

2022

2023

2024

2025

İxrac, mlrd. kubmetr

13,8

19,3

23,5

23,9

23,9

23,6

Ötən il ilə müqayisə, %-lə

29,8

39,3

22,1

1,5

0

-1,1

 

Azərbaycandan qaz ixracı– 2026-2031-ci illər

İndikatorlar

2026

2027

2028

2029

2030

2031

İxrac, mlrd. kubmetr

23,4

23,2

22,9

22,5

22,8

23,5

Ötən il ilə müqayisə, %-lə

-0,9

-0,9

-1,4

-1,4

1

3,4