SƏNAYE

06 Yanvar

“Azəriqaz”ın yeni portalı istifadəyə verildi

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.

Aksiyada ASAN Xidmət və ASAN Kommunallarda 21 növ xidmət göstərən SOCAR “Azəriqaz” İB-in ən çox istifadə olunan 8 xidmət sahəsi üzrə yeni açılmış portalından bəhs olunub.

“Azəriqaz” İB-in müştəri xidmətləri rəisi Fərid Mustafazadə qeyd edib ki, abonentlər elektron portal vasitəsilə müraciətlərini onlayn şəkildə bildirə bilərlər.

Fərid Mustafazadə bildirib ki, portalda qeydiyyatdan keçən hər vətəndaş evini, iş yerini tərk etmədən ASAN İmza vasitəsilə bütün prosedurları həyata keçirə biləcək.