Azərbaycan bu ilin yanvar-noyabr ayları ərzində 89 min ton neft bitumu ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.
Məlumata görə, bu dövrdə Azərbaycan neft bitumu ixracından 25.4 milyon dollar qazanıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7 milyon dollar azdır.