Beynəlxalq Enerji prezidenti Fatih Birol enerji böhranını və onun gələcək dövr üçün nəticələrini dəyərləndirib.
"Fins.az" xəbər verir ki. böhranın enerji transformasiyasını sürətləndirəcəyini və bərpa olunan enerji texnologiyalarına dönüşü sürətləndirəcəyini bildirən Birol, beynəlxalq neft şirkətlərinin Rusiyadan çıxarılmasının böyük bir istehsal böhranına səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol enerji böhranı və qarşıdakı dövrdə enerji xərcləri ilə bağlı açıqlamalar verib.
Enerji idxal edən bir çox ölkənin xarici borc girdabına girmək üzrə olduğunu vurğulayan Birol, bunun dünya iqtisadiyyatı üçün son dərəcə riskli bir vəziyyət olduğuna diqqəti cəlb edib.
“Avropa Rusiyadan asılı olan enerji siyasətini şübhə altına almalıdır”
Avropada Rusiyadan qaynaqlanan enerji böhranına toxunan Birol bildirib ki, Avropanın böyük güc mərkəzləri enerji ilə bağlı özünü tənqid etməli və illərlə tədarük etdikləri enerjinin böyük hissəsini niyə bir ölkəyə bağladıqlarını soruşmalıdırlar.
Qitənin indi bu qərara görə cəzalandırıldığını ifadə edən Birol, böyük sürprizin bu qışın bəzi yaralarla keçə biləcəyinin göründüyünü qeyd edib.