Macarıstanın Baş naziri Viktor Orban Qara dənizin dibindən sualtı kabellə Azərbaycandan Gürcüstan və Rumıniya vasitəsilə elektrik enerjisinin tədarükü barədə saziş imzalayacaq.
Bu barədə Macarıstan hökumətinin sözçüsü Bertalan Havaşi bəyan edib.
Onun sözlərinə görə, dördtərəfli sazişin bağlanması Buxarestdə baş tutacaq.
“Viktor Orban bu müqaviləni dekabrın 17-də Buxarestdə imzalayacaq”, - deyə o bildirib.
Tədbirdə Azərbaycan, Rumıniya, Gürcüstan, Macarıstanın dövlət rəsmilərinin və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin iştirak edəcəyi vurğulanıb.