01 dekabr 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan "Fins.az"-a verilən məlumata görə, 2022-ci ilin 11 ayında AÇG yatağından 9 milyard 161 milyon ABŞ dolları gəlir götürülüb.
Eyni zamanda, 11 ayda Şahdəniz yatağından (qaz və kondensat) gəlirlər 1 milyard 357 milyon ABŞ dolları təşkil edib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları olub.