İtaliya oktyabrda neft idxalını 1,9% - 5,36 milyon tonadək artırıb.
Bu barədə İtaliyanın Ekoloji Keçid Nazirliyi məlumat yayımlayıb.
Əsas tədarükçülər Rusiya (1,1 milyon ton), Liviya (909,9 min ton) və Azərbaycan (782,2 min ton) olub.
Oktyabrda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $93,15 təşkil edib. Ən bahalı neft növü Əlcəzairin “Saharan blend” ($134,01), ən ucuz neft növü isə Liviyanın “Zueitina” nefti ($22,81) olub.
Yanvar-oktyabr aylarında İtaliya 52,2 milyon ton neft idxal edib.*