SƏNAYE

30 Noyabr

Türkiyə Azərbaycan qazının idxalını 4,5%-dək azaldıb

Türkiyə Azərbaycan qazının idxalını 4,5%-dək azaldıb.

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycandan 6 409,65 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4% azdır.

Fins.az-ın  Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycandan 6 703,62 mln. kubmetr qaz idxal edib.

Məlumata görə, sentyabr ayında Türkiyə Azərbaycandan 710,48 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 3,73% azdır.

Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 8 820,46 mln. kubmetr qaz idxal edib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

Qeyd edək ki, idxalın azalması Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş" şirkəti və "Şahdəniz" konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1" çərçivəsində qazın tədarükü azaldılıb.

© APA