Avropa İttifaqı (Aİ) “Yeddilik Qrupu” ilə koordinasiyada Rusiya neftinin qiymətinin bir barel üçün 65-70 dollar səviyyəsində tətbiq edilməsi imkanını nəzərdən keçirir.
"Fins.az" xəbər verir ki, bu barədə çərşənbə günü mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı ölkələrinin səfirləri bu gün qiymət tavanını və nəzarət mexanizminin yaradılmasını müzakirə edəcəklər. Konsensus halında, Avropa İttifaqı və G7 qərarlarını günün sonuna qədər açıqlaya bilər.