SƏNAYE

23 Noyabr

Əziz Mirzəyev:«Bakı Ayaqqabı Fabriki» ASC-nin özəlləşdirilməsi üçün keçirilən investisiya müsabiqəsi yekunlaşıb

Bakı Ayaqqabı Fabrikinin özəlləşdirilməsi üçün keçirilən investisiya müsabiqəsi yekunlaşıb.
“Fins.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin  Özəlləşdirmə şöbəsinin rəhbəri Əziz Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Əmlak Məsələləri Dövlət Xidməti «Bakı Ayaqqabı Fabriki» ASC-nin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi artıq başa çatıb.Rəqabətli hərrac  şəraitində keçən investisiya müsabiqəsində artıq qalib müəyyən olunub.Müsabiqənin nəticələri bu günlərdə rəsmi olaraq ictimaiyyətə açıqlanacaq.

Müəllif:Aynur Qəniyeva