Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % artıb.
Fins.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu ilin 10 ayında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 23 milyard 748,6 milyon kVt/saat təşkil edib.
O bildirib ki, bu müddət ərzində ixrac 2 milyard 101,2 milyon kVt/saat, idxal isə 115,7 milyon kVt/saat olub.
P. Şahbazov qeyd edib ki, yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 357,9 milyon kVt/saat artımla 1 milyard 755,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.