2021-ci ildə Avropaya ixrac edilmiş 8,2 mlrd.m3 qaz həcmlərinə, cari ilin 9 ayı ərzində nail olunub.
Fins.az-ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabaında yazıb.
O fikirlərinin davamında "yanvar-sentyabr aylarında Avropaya 8,3 mlrd.m3 qaz tədarük edilib. Türkiyəyə 6,1 mlrd.m3, Gürcüstana isə 1,9 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 22,6% artıb",-deyə bildirib.
Müəllif: Aynur Qəniyeva