Bu ilin 9 ayı üzrə operativ məlumatlara görə, hasil edilmiş 24,5 milyon ton neftin 19,7 milyon tonu ixraca nəql edilib.
Fins.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabaında yazıb.
O bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 % artımla hasil edilmiş 34,4 milyard kubmetr qazın 16,3 milyard kubmetri ixrac olunub.