SƏNAYE

13 Oktyabr

Anglo Asian Mining Azərbaycanda qiymətli metal hasilatını 11% azaldıb

Britaniyanın “Anglo Asian Mining” şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) 2022-ci ilin yanvar-sentyabr aylarında 43,081 min unsiya qızıl ekvivalenti həcmində qiymətli metal hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,2% azdır.

"Fins.az" xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Məlumata görə, cari ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Azərbaycanda 31,993 min unsiya qızıl (azalma 13,8%), 1,892 min ton mis (azalma 0,7%), 144,562 min unsiya gümüş (artım 24,8%) hasil edilib.

Hesabat dövründə Gədəbəy yatağından 29,573 min unsiya qızıl (azalma 7%), 22,143 min unsiya gümüş (artım 35,8%) hasil edilib.

Yanvar-sentyabr aylarında dünya bazarlarında 21,273 min unsiya qızıl külçəsi (azalma 19,5%) satılıb. Bu dövrdə şirkət 10,215 min ton mis konsentratı (artım 12,1%) istehsal edib. Bu həcmin $14,573 milyon məbləğində (azalma 1,4%) 7,837 min tonu (artım 11,7%) dünya bazarlarında satılıb.

2022-ci il sentyabrın 30-na “Anglo Asian Mining”in sərbəst pul vəsaitlərinin həcmi $15,3 milyon (iyunun 30-na $21,1 milyon) təşkil edib. III rübdə şirkət 2021-ci il üzrə $4 milyon məbləğində dividend, $0,3 milyon mənfəət vergisi ödəyib, Kanadanın “Libero Copper Gold Corporation” şirkətinin layihəsinə $0,8 milyon sərmayə yatırıb, “AzerGold” QSC-dən geoloji məlumatların əldə edilməsinə isə $1,2 milyon yönəldib.

(c) İnterfax Azərbaycan