Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması planlaşdırılır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“İsrailin su emalı sahəsində tanınmış “I.D.E. Water Assets Ltd” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandunu imzalanıb”, - deyə o,rəsmi “tvitter” hesabında yazıb.
Nazir zavodun inşa ediləcəyi yer və nəzərdə tutulan investisiya məbləği barədə məlumat verməyib.