Rusiya baş nazirinin müavini Aleksandr Novak İranla neft və təbii qaz mübadiləsi sazişi bağlamağa hazırlaşdıqlarını açıqlayıb.
"Fins.az" xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak paytaxt Moskvada jurnalistlərə açıqlamasında neft və təbii qaz sektorunda baş verənləri dəyərləndirib.
Rus nefti üçün tavan qiymət müraciətinə cavab verəcəklərini açıqlayan Novak, “Əvvəlcə rəsmi sənədləri görmək lazımdır, hüquqi ölçüsünü qiymətləndirəcəyik. Bundan sonra hansı addımı atacağımıza qərar verəcəyik,"-deyə qeyd edib.
İran və Rusiya arasında neft və qaz mübadiləsi razılaşması etməyi planlaşdırdıqlarını ifadə edən Novak, “İşlər davam edir. Nazirliklər və şirkətlər arasında müvafiq əməkdaşlıq davam edir. Birinci mərhələdə biz ildə təqribən 5 milyon ton neft və 10 milyard kubmetrə qədər qaz üçün svop sazişini planlaşdırırıq,"-deyə bildirib.
Müəllif: Aynur Qəniyeva