SƏNAYE

06 Oktyabr

Pərviz Şahbazov: "Türkiyə ilə birgə yeni layihələr üçün böyük imkanlar var"

Azərbaycan energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Azərbaycan-Türkiyə 2-ci Enerji Forumu çərçivəsində qonşu ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezlə görüşüb.

"Fins.az" xəbər verir ki, bu barədə P.Şahbazov özünün "Twitter" hesabında yazıb.

"Qardaşım F.Dönmez ilə karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə işçi qruplarının fəaliyyətini nəzərdən keçirdik. Birgə yeni layihələr üçün böyük imkanlar var", -deyə nazir bildirib. 

Eyni zamanda o bildirib ki, Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz xətti, Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı, Zəngəzur dəhlizi vasitəsilə enerji ötürülməsi, eləcə də TPAO (Türk Petrolları Anonim Şirkəti) və BOTAŞ (Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti) ilə əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələr aparılıb.