BP ilə Qarabağdakı “yaşıl enerji” layihəsinə əsasən, burda əldə olunan enerji Abşerona transfer ediləcək.
Bunu Milli Şəhərsalma Forumunda energetika nazirinin müavini Elnur Soltanov deyib.
“Yəni Abşeronda Qarabağda istehsal olunan “yaşıl enerji”dən istifadə olunacaq”, - o əlavə edib.
Elnur Soltanovun sözlərinə görə, 2030-cu il üçün milli prioritetlər arasında yaşıl mühit və ölkənin yaşıl böyüməsi var, eyni zamanda, “yaşıl enerji” məkanının yaradılması hədəflənib: “Bu prioritetlər də 2 beş illik plan əsasında reallaşacaq. Azərbaycanın külək enerjisi ilə bağlı 3000 MVt, günəş enerjisi ilə bağlı 23 000 MVt, bio enerji ilə bağlı 380 MVt, mini-hidro ilə bağlı potensialı 520 MVt-dır. Ofşor enerji potensialımız isə 157 giqavatdır. Azərbaycan neft ölkəsidir, qaz ixrac edir, həm də külək enerji potensialı var. Bu isə o deməkdir ki, Azərbaycan həm də bərpaolunan enerji ixrac edən ölkə olaraq digər ölkələrə də enerji ixrac edə bilər”.
(c)APA