İtaliyanın enerji şirkəti ENI Rusiyanın qaz şirkəti Qazpromun qaz axınında yenidən azaltdığını açıqlayıb.
"Fins.az" xəbər verir ki, İtaliyanın enerji şirkəti ENI, Rusiyanın enerji şirkəti "Qazprom"un bazar ertəsi günü təqribən 21 milyon kubmetr qaz tədarük edəcəyi ilə bağlı xəbərdarlıq aldığını açıqlayıb.
ENI-dən verilən açıqlamada, Qazprom, ENI-yə əvvəlki günlərdə orta hesabla 32 milyon kubmetr əvəzinə, bu gün üçün təxminən 21 milyon kubmetr qaz tədarük edəcəyi qeyd edilib.
“Qazprom” iyunun 15-də ENI-yə qaz tədarükünü 15 faiz azaltdığını elan edib. Rusiyanın enerji şirkəti iyunun 17-də İtaliya şirkətinə ENI-nin tələb etdiyi təxminən 63 milyon kubmetr qazın gündəlik tələbatının yalnız 50 faizini ödəyəcəyini bildirmişdi.
Müəllif:Aynur Qəniyeva