SƏNAYE

04 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

2022-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin dəniz terminalından 106 milyon 982 min 579 barel xam neft yola salınıb.

"Fins.az" xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında isə 148 tanker dünya bazarına 106 milyon 982 min 579 barel xam neft çıxarıb.

Məlumata görə,ən böyük neft həcmi may ayında - 20 milyon 479 min 706 barel, ən kiçik həcm isə fevralda 13 milyon 581 min 125 barel təşkil edib. 

BOTAŞ International və BTC-nin məlumatına görə, ilin ilk 6 ayı üçün xam neft daşınması rəqəmləri aşağıdakı kimidir:

Çatdırılma Ayları (Barel)
Yanvar 17.706.620
Fevral 13.581.125
Mart 17.743.856
Aprel 19.951.346
May 20.479.706
İyun 17.519.926
CƏMİ 106.982

Müəllif: Aynur Qəniyeva