SƏNAYE

02 İyun

Pərviz Şahbazov: Avropaya qaz ixracımızın 10 milyard kub metrə qədər çatdırılacağı gözlənilir

Avropaya qaz ixracımızın 10 milyard kub metrə qədər çatdırılacağı gözlənilir.

"Fins.az" xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov "Enerji Forumunda" çıxış edərkən deyib.

O bildirib ki,bu gün Azərbaycan qazı müxtəlif ölkələrin qaz idxalının 13-90%-ni təşkil edir.TANAP və TAP ilə Türkiyə və Avropaya  indiyədək 29 milyard kub metr bu ilin 5 ayında isə 6.8 milyard kubmetr qaz nəql olunub.İlin sonuna bu göstəricinin 16 milyard kub metrə çatacağı Avropaya qaz ixracımızın 10 milyard kub metrə qədər olacağı gözlənilir.

Nazir ixrac həcləriin artırılmasıa da toxunaraq "İxrac həcmlərinin 2 dəfəyə qədər artırmaqla Avropa İttifaqı və Qərbi Balkan ölkələrinin enerji təchizatında Azərbaycan qazının və TAP-ın strateji mövqeyinin gücləndirilməsi yaxın müddətdə prioritetimizdir,-"deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva