SƏNAYE

13 May

Samsung çip qiymətlərini artırmağa hazırlaşır

Bildirilir ki, ötən il qlobal çip böhranı zamanı nisbətən sabit qiymət siyasəti yürüdən Samsung, qiymətlərini 15-20% artırmaq üçün müştəriləri ilə danışıqlar aparır.
"Fins.az"xəbər verir ki, Samsung-un bu il çip istehsal etdiyi müştəriləri ilə görüşdüyü və xammal və maya dəyərinin artması səbəbindən bütün sənayedə qiymətləri artıran şirkətlərə qoşularaq qiyməti 20%-ə qədər artırmağı planlaşdırdığı bildirilir.

Bloombergin mənbələrinə görə, müqavilə əsasında hazırlanan çiplərdə məhsulun növündən asılı olaraq 15-20 faiz artım gözlənilir. Müvafiq olaraq, Samsung müştərilərinin bir hissəsi ilə danışıqları tamamlasa da, qalanları ilə danışıqlar davam edir. Artan qiymətlər ilin ikinci yarısından qüvvəyə minəcək.

Bildirilir ki, Samsung-un artım qərarı, keçən il qlobal çip böhranından sonra sənayenin əhəmiyyətli bir hissəsinin qiymətləri artırmasına baxmayaraq, nisbətən daha sabit qiymət siyasətinə sahib olan şirkət üçün əhəmiyyətli dəyişiklik deməkdir.