SƏNAYE

12 May

Pərviz Şahbazov: Hasil edilmiş 11.1 mln. ton neftin 9 mln. tonu ixraca nəql edilib

Bu ilin 4 ayında operativ məlumatlara əsasən hasil edilmiş 11.1 mln.ton neftin 9 mln. tonu ixraca nəql edilib.

"Fins.az"xəbər verir ki, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov rəsmi tvitter hesabında yazıb.

O qaz ixracının həcminə də toxunaraq "Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artımla hasil edilmiş 15.7 mlrd.m3 qazın 7,6 mlrd.m3-i ixrac olunub,"-deyə bildirib. 

Müəllif: Aynur Qəniyeva