SƏNAYE

11 Aprel

SOCAR Ukraynaya daha 100 ton yanacaq verdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Ukraynaya daha 100 tondan artıq yanacaq hədiyyə edilib.

"Fins.az" xəbər verir ki, bu barədə SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti məlumat yayıb.

Məlumata görə, artıq 100 tondan artıq yanacaq təcili tibbi yardım və Fövqəladə hallar üzrə Dövlət Xidmətinin maşınlarına vurulub.

“Hazırda Ukraynanın istənilən yerində gecə-gündüz yardım göstərən hər bir həkim, xilasedici, yanğınsöndürən, könüllülərlə fəxr edirik. Yanacaqdoldurma məntəqəsindəki həmkarlarımıza işlərinə və cəsarətlərinə görə təşəkkür edirik“, - deyə “SOCAR Energy Ukraine” şirkətinin məlumatında deyilir.

Xatırladaq ki, "SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verir.