SƏNAYE

08 Aprel

Ruslan Əliyev: Qaz pulunun yığımı 18,8 % artıb

Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İB-nin satdığı təbii qazın pulunun yığım səviyyəsi 95,4 % təşkil edib. “İlin ilk üç ayında yığımlar əhali sektoru üzrə 91,9 %, qeyri-əhali sektoru üzrə 97,9 % təşkil edib. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə qaz pulunun yığımı 18,8 % artıb

"Fins.az"xəbər  verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev media nümayənləri ilə keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı bildirib

O bildirib ki,yeni abonentlərin sayına gəldikdə isə baş direktor bildirib ki, bu ilin mart ayı ərzində 3 646 yeni abonent qeydə alınıb: “Yeni abonentlərin 3 488 nəfəri əhali, 158-si isə qeyri-əhali qrupu üzrə olub

Ruslan Əliyev 2022-ci ildə ölkə üzrə qazlaşdırılma planı barədə açıqlama verərək "Qazlaşdırılması nəzərdə tutulan 69 kənddən 32-də, 62 yeni yaşayış massivinin 45-də hal-hazırda qazlaşdırılma işlərinin gedir",-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva