SƏNAYE

08 Aprel

Yaponiya Rusiyadan kömür idxalına qadağa qoyub

Yaponiyanın baş naziri Fumio Kişida Rusiyadan kömür idxalını qadağan edəcəklərini açıqlayıb.
"Fins.az"xəbər verir ki,Kişida Tokiodakı çıxışında Rusiyanın Ukraynanı işğal edərək hərbi cinayətlər törətdiyini bildirib.

Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları açıqlayan baş nazir buradan kömür idxalını qadağan edəcəklərini, Yaponiyanın yeni enerji mənbələri üçün fərqli alternativlər tapacağını bildirib.

Yaponiya daha əvvəl Rusiya ilə enerji əlaqələrini kəsməmək qərarına gəlmişdi. Bugünkü addım ölkənin bu siyasətinin dəyişdiyini göstərir. Kişida idxalın nə vaxt başa çatacağı ilə bağlı vaxt açıqlamayıb.

Baş nazir həmçinin 550 rusiyalı oliqarxın aktivlərini donduracağını və Rusiyadan yeni investisiyaların qoyulmasına qadağa qoyacağını açıqlayıb.