Rusiya Baş nazirinin müavini Aleksandr Novak, logistika problemləri səbəbindən aprel ayında neft hasilatının mart ayına nisbətən 4-5 % azalacağını gözlədiklərini bildirib.
Novak, Moskvada jurnalistlərə verdiyi açıqlamada, Qərb ölkələrinin Rusiya enerji sektoruna qarşı tətbiq etdiyi sanksiyaları qiymətləndirib.
Avropanın Rusiyadan kömür idxalını dayandıracağı təqdirdə başqa bazarlara ixrac edəcəklərinə diqqəti cəlb edən Novak, “Boş tutumlu limanlar vasitəsilə Asiya-Sakit Okean bölgəsinə ixrac edə bilərik. Kömür şirkətləri bu məsələ üzərində işləyirlər”,-deyə bildirib.
Qara dəniz və Baltik dənizlərində boş tutumlu limanların olduğunu qeyd edən Novak, "Ona görə də (Avropa) almaq istəməzsə, o zaman onu başqa bazarlara satacağıq" ifadəsini işlədib.
Rusiyanın təbii qaz ixracatında rubl ödəmə sisteminə toxunan Novak, “İndi Avropa və Rusiya qazını alan şirkətlər bu məsələni araşdırır. Müxtəlif izahatlar eşidirik. Yeni sistemi qəbul edənlər var, bunun üzərində işləyən ölkələr var”,-deyə əlavə edib.
Qlobal bazarda neft qiymətlərinin yüksək olmasının hadisələr fonunda normal bir vəziyyət olduğuna diqqəti cəlb edən Novak, “Məhdudiyyətlər, sanksiyalar, bir çox qeyri-müəyyənliklər yaradılır. Bu da təbii ki, qiymətlərə yuxarı təzyiq yaradır. Neftin ucuzlaşması üçün heç bir səbəb görmürəm”,-deyə qeyd edib.
Aprel ayında Rusiyanın neft hasilatının azalmasını gözlədiklərini qeyd edən Novak, "Neft hasilatı aprel ayında logistika problemləri, sığorta və gəmilərin istifadəsi səbəbiylə mart ayına nisbətən yüzdə 4-5 azala bilər" dedi. qiymətləndirməsini etdi