SƏNAYE

07 Aprel

“SOCAR Energy Ukraine” Xarkovda 4 yanacaqdoldurma məntəqəsinin işini bərpa edib

“SOCAR Energy Ukraine” şirkəti (Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə müəssisəsi) Xarkovda 4 yanacaqdoldurma məntəqəsinin (YDM) işini bərpa edib.

“Həmin məntəqələr aprelin 6-dan etibarən yenidən işə başlayıb. YDM-lərin aktual ünvanları və mövcud olan yanacaq növləri ilə bağlı şirkətin rəsmi saytında və SOCAR-ın mobil əlavəsi vasitəsilə məlumat əldə etmək olar. Ödəniş SOCAR PAY əlavəsi üzərindən həyata keçirilir”, - deyə şirkətin məlumatında bildirilir.

SOCAR Ukraynada fəaliyyətə 2009-cu ilin dekabr ayında “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə başlayıb. Ukrayna ərazisində şirkətə məxsus 60 YDM və 4 neft bazası fəaliyyət göstərir.

Hesabata əsasən, 2020-ci ilin sonuna SOCAR Ukraynaya 300 milyon dollara yaxın investisiya yatırıb.