2022-ci il mart ayı üzrə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 405 müraciət daxil olub.
"Fins.az"xəbər verir ki, bu barədə Enerji Məsələlərini Tənzimləmə Agentliyi məlumat yayımlayıb.
Məlumata görə,elektrik enerjisi təchizatı ilə bağlı 19-u məlumat üçün olmaqla cəmi 320,təbii qaz təchizatı ilə bağlı 8-i məlumat üçün olmaqla cəmi 54,istilik təchizatı ilə bağlı 3-ü məlumat üçün olmaqla cəmi 14 müraciət daxil olub. Eyni zamanda 17 müraciət isə digər məsələlərlə bağlı olub.