SƏNAYE

06 Aprel

Rövşən Nəcəf: Qeyri-neft məhsullarının ixracı hesabına artımın 51,4 %-i SOCAR-ın payına düşüb

SOCAR tərəfindən 2022-ci ilin yanvar-fevral ayında ötən il ilə müqayisədə 108 faiz artımla 129,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

“Fins.az” xəbər verir ki,  bunu SOCAR-ın birinci vitse-prezidenti, Şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf sosial şəbəkə hesabında yazıb.

R. Nəcəf qeyd edib ki, ölkə üzrə qeyri-neft ixracının 28 faizi, qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4 faizi SOCAR-ın payına düşüb.