“Lənkəran Balıq Konserv” ASC səhmdarlarının (təkrar çağırış) növbəti ümumi yığıncağı 6 may 2022-ci il saat 14.00-da Lənkəran şəhəri, T.İsmayılov küçəsi 7 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcək.
"Fins.az" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin elanında məlumat verilir.
Məlumata görə,İclasın gündəliyinə
1. “Lənkəran Balıq Konserv” ASC-nin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.
2. “Lənkəran Balıq Konserv” ASC-nin icra, idarəetmə və nəzarət orqanlarının seçilməsi.
3. Bir sıra bina və tikililərin, nəqliyyat vasitələrinin, gəmilərin, avadanlıqların balansdan silinməsi üçün ləğvetmə komissiyası tərəfindən tərtib olunmuş əmlakın (qiymətlilərin) ləğvi aktlarının təsdiq edilməsinin müzakirəsi.
4. “Lənkəran Balıq Konserv” ASC-nin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi.
5. Digər məsələlərin müzakirəsi salınıb.
Bildirilir ki, səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 18.00-dək səhmdar cəmiyyətin Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.