SƏNAYE

04 Aprel

Dünyanın ən böyük neft treyderinin rəhbər şəxsindən qiymət AÇIQLAMASI

Dünyanın ən böyük neft treyderi Vitol Group-un  Asiya biznesinin rəhbəri Mayk Müller, neftin qiymətləri artıq Rusiya ixracatını məhdudlaşdırmaq riskini əks etdirməyən səviyyələrə düşüb,

"Fins.az"xəbər verir ki,brent markalı neft fevralın sonunda Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan qısa müddət sonra 140 dollar/barelə qədər bahalaşsa da, hazırda 25%-dən çox ucuzlaşıb və bazar ertəsi saat 10:10-a olan məlumata görə, bir barel üçün 105 dollar olub. ABŞ və Beynəlxalq Enerji Agentliyinə (IEA) üzv olan digər ölkələrin strateji ehtiyatlardan neft çıxarmaq niyyəti ilə bağlı açıqlamaları fonunda Brent ötən həftə 11% ucuzlaşıb.

Bazar günü Mayk Mueller  "Neft qiymətləri indi gözləniləndən aşağıdır. Rusiyadan tədarükün azalması riskini nəzərə alsaq, onlar daha yüksək ola bilər. Bununla belə, treyderlər hələ də bu amili nəzərdən qaçırırlar,"-deyə bildirib.