SƏNAYE

04 Aprel

Naxçıvanda elektrik enerji istehsalı 5%-dək artıb

2021-ci ildə Naxçıvan Muxtar Respublikasında 444,8 mln. kilovat-saat elektrik enerjisi istehsal olunub.

"Fins.az" Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, muxtar respublika üzrə enerji istehsalı 2020-ci ilin göstəricisi ilə müqayisədə 4,8% artıb.

İstehsal edilən enerjinin 264,438 mln. kilovat-saatı və ya 59,5%-i istilik elektrik stansiyalarında, 129,570 mln. kilovat-saatı və ya 29,1%-i su elektrik stansiyalarında, 50,79 mln. kilovat-saatı və ya 11,4%-i isə günəş elektrik stansiyalarında istehsal edilib.