SƏNAYE

01 Aprel

“Qazprom” bu il qaz ixracını kəskin azaldıb

Rusiyanın “Qazprom” şirkəti 2022-ci ilin ilk üç ayında 135 mlrd. kubmetr qaz hasil edib ki, bu da ötən ilin analoji dövrünün səviyyəsinə uyğundur.

"Fins.az" “Qazprom”a istinadən verdiyi məlumata görə, şirkətin qaz nəqli sistemindən daxili bazara tədarükü xüsusilə fevral ayında havaların isti keçməsi ilə əlaqədar olaraq 4,3% (4,2 mlrd. kubmetr) azalıb. Mart ayında isə daxili bazara tədarük keçən ilin müvafiq ayı səviyyəsində olub.

“Qazprom” yanvar-mart aylarında uzaq xaricə 38,5 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 27,1% (14,3 mlrd. kubmetr) azalma deməkdir.