SƏNAYE

31 Mart

Azərbaycan Türkiyəyə qaz ixrac edən ölkələrin ilk üçlüyünə daxil olub

Azərbaycan 2022-ci ilin yanvar ayında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 796,32 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 28,85% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.

"Fins.az" xəbər verir ki, 2022-ci ilin yanvar ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 11,88%-i Azərbaycanın payına düşüb.

Azərbaycan yanvar ayında Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pilləyə yüksəlib. Birinci yerdə Rusiya (39,06%), ikinci yerdə ABŞ (17,98%), dördüncü yerdə Əlcəzair (10,11%) qərarlaşıb.