SƏNAYE

28 Mart

Rusiyanın neft ixracında kəskin azalma

Rusiya ilə Ukrayna arasındakı müharibə Rusiyanın neft ixracına böyük zərbə vurub. 

"Fins.az"xəbər verir ki,ölkənin neft ixracı həftə ərzində 26% azalıb.
Məlumata görə, Rusiyanın 17-23 Mart tarixləri arasında neft ixracatı bir əvvəlki həftəyə görə  26,4% azalıb.

Rusiyanın orta neft ixracatı söz mövzusu həftədə gündəlik 495,3 min ton olub. Bloomberg-in hesablamalarına görə, bu məbləğ gündəlik 3,63 milyon barel təşkil edir.

Rusiyanın neft hasilatı isə bir qədər azalıb. Bloomberg-in hesablamalarına görə, ölkədə 17-23 mart həftəsində gündəlik 11,08 milyon barel neft hasil edilib ki, bu da həftəlik həftəyə nisbətən 0,3% azalıb.